Avqustun 26-27-də Qəbələdə 5-ci dəfə Beynəlxalq Mürəbbə Festivalı keçiriləcək. Seyyah.az-a Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasından verilən məlumata görə tədbirdə Ümumdünya Kulinariya Assosiasiyasının prezdenti Tomas Guglerdə iştirak edəcək. Həmçinin festivalda hər bölgənin öz təmsilçiləri olacaq. Onlar istər yerli istərsə də əcnəbi turistlərə bir-birindən fərqli mürəbbbə növlərini təqdim edəcəklər. Festivalda heç bir ödəniş etmədən hər kəs iştirak edə bilər.
Mənbə: fins.az