Online travel Qaradəniz sahillərinə tur təşkil edir. Səyahət 15-22 iyul və 5-12 avqustda baş tutacaq.Turun müddəti 5 gecə 6 gündür. Tura nəqliyyat oteldə gecələmə, (3 gecə Batumidə 2 gecə Rize) qidalanma, ekskursiyala,r avtobusda su və çay , tur bələdçi, fotoçəkiliş daxildir. Qeyd edək ki ,qidalanmaya Batumidə səhər yeməkləri, Rizedə səhər və şam yeməkləri daxildir.
Məlumat üçün bildirək ki, muzeylərə giriş bileti qiymətə daxil deyil. Tura qoşulmaq istəyənlər ilkin olaraq turun qiymətinin 50% -ni öncədən ödəməlidir. Qalan hissəsini isə tura 10 gün qalmış ödəmək olar. Turun qiyməti 295 dollardı.
Turun proqramına daxildir. 15 iyul və ya 5 avqustda saat 20:00 və ya 21:00-da toplaşmaq və qırmızı körpü istiqamətinə hərəkət ediləcək. Toplaşma yeri Bakıda Gənclik metrosunun qarşısında olacaq. Turun ikinci günü 16 iyul-5 avqustda 05:00-06:00-da qırmızı körpüdə qarşılanma və Batumiyə yola düşüləcək. Turun 3-cü günü 17 iyl və ya 7 avqustda Batumi city turu və Botranika bağına gəzinti olacaq. Turun 4-cü günü 19 iyul və ya 19 avqustda saat 10:00-və 11:00-da Batumi Trabzon Ayder yaylası ekskusrsiyası olacaq. Günorta 2-3 radələrində nahar fasiləsi olacaq. Əlavə ödəniş etməklə raftling və ziplinedəndə istifadə etmək mümkündür. Bundan başqa saat 17:00-da çay fabrikinə gəzinti, axşam 19-da isə Rize Suada Green Oteldə axşam yeməyi olacaq. Turun 6-cı günü 20 iyul və ya 10 avqustda səhər yeməyi Uzun göl gəzintisi, nahar fasiləsi, Ayasofiya muzeyi və Atatürk köşkünə sayahət həyata keçiriləcək. Bundan başqa saat 17-19 radələrində Trabzon formda sərbəst vaxt və otelə dönüş olacaq. Turun 7-ci günü isə 21 iyul və ya 12 avqustda sahər yeməyi və Qırmızı körpüyə yola düşmə olacaqdır. Bununlada tur başa çatacaqdır.