Tiflisdə küçəyə zibil atılması nəticəsində yazılan cərimələrin miqdarı 42 min 710 lari təşkil edib. Seyyah.az xəbər.ge-yə istinadən xəbər verir ki, "Tbilservice Group"un nəzarət xidmətinin inspektorları 411 cərimə protokolu tərtib ediblər. Bunlardan 378-i küçəyə atılan 2 kiloqramadək olan zibilə görə tərtib edilib. Cərimələrin 151-i isə xarici ölkə vətəndaşlarına yazılıb.
Cərimələrin məbləği
İki kiloqramadək atılan zibilin cəriməsi - 80 lari
İki kiloqramdan artıq atılan zibilin cəriməsi - 150 lari
Zibil binadan atıldığı təqdirdə cərimənin miqdarı artır.
Bu halda:
İki kiloqramadək atılan zibilin cəriməsi - 150 lari
İki kiloqramdan artıq atılan zibilin cəriməsi - 500 lari
Qeyd olunan cərimə sistemi bu il aprelin 3-dən qüvvəyə minib. Aprelin 20-dək əhali arasında bununla bağlı məlumatlandırma aparılıb.
Bu tarixdən etibarən isə cərimələrin yazılması davam edir. İndi Tiflisdə bununla bağlı 10 inspektor çalışır.
Mənbə: Turizm.fins