Park Cinema-da “Avatar” filminə 3D formatında baxa bilərsiniz

Xəbərlər 13 May 2014 00:00 1106
Park Cinema-da “Avatar” filminə 3D formatında baxa bilərsiniz

Park Cinema kinoteatrlar şəbəkəsi ilk dəfə “Avatar” fantastik blokbasterini 3D formatında Azərbaycan tamaşaçılarının diqqətinə çatdıracaq. Seyyah.az xəbər verir ki, bu haqqda Park Cinema kinoteatrlar şəbəkəsinin müdiri Namiq Quliyev bildirib: “İstedadlı rejissor Ceyms Kemeronun möhtəşəm yaradıcılıq əsəri olan və kino tarixində yeni səhifə açan “Avatar”  filmi hələ 2009-cu ildə geniş tamaşaçı kütləsininin ixtiyarına verilib.  Lakin o zaman Azərbaycanda 3D formatlı filmləri nümayiş etdirə bilən kinoteatrlar olmadığı üçün ölkəmizdə kinomanlar çəkilişlərin əzəmətliliyini və texniki imkanların filmə qatdıgı qeyri adi imkanların miqyasını hiss edə bilməyib.” Namiq Quliyev onu da sözlərinə əlavə edib ki, o zaman  “Avatar”  filminə  2D formatında baxmaqla kifayətlənən  Azərbaycan tamaşaçısı yenə də filmi bəyənib.


“Bu gün isə Park Cinema Sizi 162 dəqiqə heyrət doğuran səhnələr, heyranedici xüsusi effektlər, mükəmməl operator işi və montaj, dərin və müfəssəl səslə təmin edəcək. Texnikanın təkmilləşdirilmiş futurist dizaynı və fantastik vizual effektləri Sizin təsəvvürünüzü gözəllik, həcm və çəkilişlərin çətinlikləriylə heyran edəcək.”  deyə Namiq Quliyev əminliklə vurgulayıb. Nəinki Azərbaycanda, hətda  bütün Cənubi Qafqazda ən  böyük və yüksək texniki imkanlara malik Park Cinema kinoteatrı Azərbaycan kinomanlarına bu şah əsəri onun bütün əzəmətliyi ilə izləməyə şərait yaradır.


 Ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlamışdır. Hazırda şəbəkə 3 kinoteatr, (Park Bulvar, Metropark, Amburan) 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub. Park Cinema kinoteatrlar şəbəkəsinin sayca 4-cü kinoteatrında Park Cinema Zaqulbada 4 zal, 600 kreslo var. Zalların hər biri ən son texnologiyalarla təchiz olunub. Park Cinema Fıame Tower isə şəbəkənin 6-cı kinoteatrıdır. Kinoteatrın bir  zalı İMAX texnalogiya ilə təchiz olunub. 1000 oturacaqlı kinoteatr Azərbaycan kino bazarında tamamilə yeni səhifə açacaq. 

OXŞAR XƏBƏRLƏR