Moskvada yerləşən 80 faiz hostellər qeyri-qanuni sayıla bilər. Buna səbəb qəbul ediləcək yeni qanunun tələbləridir.
Seyyah.az Rusiya mediasına istinadən xəbər verir ki, bu ölkədə yaşayış binalarında hostellərin yaradılması qadağan oluna bilər. Qanun hələ ötən ilin sentyabrda müzakirəyə çıxarılıb. Yeni qaydalar hələ qəbul olunmayıb. Lakin onun tezliklə qüvvəyə minəcəyi gözlənilir.
Hesablamalara görə, Rusiyada ümumilikdə 3 500 hostel var. Yaşayış binalarında da yerləşən hostellərin əksəriyyəti Moskvanın payına düşür. Yeni qaydalara görə, nəinki hostellər, bütün qısamüddətli icarəyə verilən yaşayış obyektləri bu qanundan yan keçə bilməyəcək. Qeyd edək ki, Rusiyada 1.5 milyon qısa müddətə icarəyə verilən ünvanlar var.
Qanun qəbul edilməsi əleyhinə olanlar bunun nəticələrinin ağır olacağını bildiriblər. Belə ki, Rusiyanın bu qanunu qəbul edəcəyi təqdirdə 2018-ci il futbol üzrə dünya çempionatına gələcək turistlərə qonaqlamaq üçün yetərli qədər yer təklif edə bilməyəcəyi bildirilir.
Mənbə: fins.az