Azərbaycan ərazisində 2017-2018-ci illərin ov mövsümü açıq elan edilib. Ölkə ərazisində 2017-2018-ci illər üzrə ov mövsümünün başlanması ilə bağlı vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları, ov icazələrinin bölgü cədvəlləri hazırlanıb. Turizm.fins.az APA-ya istinadən xüsusi normaları təqdim edir.
2017-2018-ci illərin ov mövsümündə vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normaları aşağıdakı kimi təyin edilib:
| Ov obyekti olan vəhşi heyvan və quş növləri | Ovlanma müddəti | Adambaşına 1 dəfəlik norma |
| Dağıstan turu (təkə) | 27 may 2017-ci il- 14oktyabr 2017-ci il | 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara) |
| Qaban (çöl donuzu) | 16 sentyabr 2017-ci il - 16 dekabr 2017-ci il | 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara) |
| Dovşan | 11noyabr2017-ci il – 13yanvar 2018-ci il | 2 baş |
| Bataqlıq qunduzu (nutriya) | 07oktyabr2017-ci il - 17fevral 2018-ci il (volyerlərdə saxlamaq üçün) | Nutriya təsərrüfatları olan təşkilatlar |
| Cüllüt (ağquyruq, çökükburun, qırqıldayan cüllüt, kiçik kroşnep və çölhaçaquyruq cüllütü istisna olmaqla) | 16 sentyabr 2017-ci il – 11 noyabr 2017-ci il |
6 ədəd |
|
Qaz (ağ qaş və qırmızı döş qaz istisna olmaqla )
|
14oktyabr 2017-ci il – 10 mart 2018-ci il |
1 ədəd |
| Ördək (ağgöz qara ördək, göydimdik və mərmər cürə istisna olmaqla) | 14oktyabr2017-ci il – 10mart 2018-ci il |
4 ədəd |
| Qaşqaldaq | 14oktyabr2017-ci il – 10mart 2018-ci il | 6 ədəd |
Bununla əlaqədar vətəndaşları maraqlandıran əlavə məlumatların alınması və ov icazələrinin əldə edilməsi üçün aidiyyəti üzrə Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinə müraciət oluna bilər.