Marxal Resort and Spa hotel uşaqlar üçün konsert edəcək

Xəbərlər 1 Iyun 2017 00:00 795
Marxal Resort and Spa hotel uşaqlar üçün konsert edəcək

Şəkidə yerləşən  Marxal Resort and spa hoteldə uşaqlar üçün xüsusi tədbir keçiriləcək. Seyyah.az xəbər verir ki, şou proqram iyunun 26-sı baş tutacaq.

“Soyuq Ürək” adlı musiqili proqramda iştirak üçün biletlərin qiyməti  20-40 manat arasında dəyişir. Məlumat üçün bildirək ki, göstərilən vaxtda mehmanxanada qonaq olanlar  konsertdə pulsuz iştirak edə bilərlər. Hoteldə qonaq olmayanlar isə əlavə ödəniş etməli olacaqlar.  Şou proqram axşam saat 7-də başlayacaq.

 

Məlumat üçün bildirək ki,mehmanxanada iki nəfərin 1 gün üçün qonaqlaması 90 manatdır. Bu qiymətə iki nəfərlik otaqda qonaqlama və səhər yeməyi daxildir.

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR