Həftəsonu hara gedək? – İSTİQAMƏTLƏR - QİYMƏTLƏR

Xəbərlər 2 Iyun 2017 00:00 539
Həftəsonu hara gedək? – İSTİQAMƏTLƏR - QİYMƏTLƏR

Şəhərin istisindən və səs-küyündən yorulanlar bölgələrə üz tutaraq dincəlməyə can atırlar. Bununla səyahətsevərlər nəinki xoş iqlimdə vaxt keçirəcək, həmçinin fərqli məkanda asudə vaxtlarını keçirməklə iş həftəsinin gərginliyindən xilas ola bilərlər.

Seyyah.az həftəsonu turlarını təqdim edir.

 

Quba-Qusar-Laza-Şəki-Qəbələ-Lahıc

Qarşıdan gələn bazar günü üçün səyahət sevərlər üçün bir neçə bölgəyə turlar var.

Belə ki, iyunun 4-də Turda.Az-ın təşkil etdiyi  aşağıdakı turlarda iştirak etmək olar:

Quba turu - 20 manat

Şəki-Qəbələ turu - 23 manat

Lahıc turu - 22 manat

Qusar Laza - Quba Turu - 23 manat

Qəbələ turu - 21 manat

Qiymətə nəqliyyat, restoranda səhər yeməyi, fotosessiya, bələdçi, çay süfrəsi ekskursiyalar daxildir.

Qeyd edək ki,  muzeylərə giriş bileti qiymətə daxil deyil. Həmçinin, qrup halında qatılanlardan hər 11-ci şəxs turda pulsuz iştirak edə bilər.

Ekskursiyalar aşağıdakı sadalanan istiqamətlərə olacaq.

Şəki-Qəbələ turu: - Şəki-xan sarayı, Karvansaray, Nohurgöl

Qəbələ turu : - Nohurgöl, Tufandağ, Qəbələnd

Lahıc turu : - Asma körpü, Şəlalə, Hacı Paşa evi, Lahıc qəsəbəsi

Quba turu: - Qəçrəş meşəsi, Çənlibel gölü, Kütləvi məzarlıq, Qırmızı qəsəbə

Quba-Qusar-Laza turu: - Laza şəlaləsi, Qəçrəş meşəsi, Qırmızı qəsəbə

 

Quba-Lahıc-Qəbələ

Digər tur təşkil edən şirkətlərdən biri isə Proxytravel turizm şirkətidir. Şirkətlə aşağıdakı bölgələrə bir günlük səfər etmək mümkündür.  Quba turu -21 manat

Lahıc turu -23 manat

Qəbələ turu- 23 manat

Tura nəqliyyat, restoranda səhər yeməyi, fotosessiya, bələdçi, çay süfrəsi və ekskursiyalar daxildir.  Qeyd edək ki, sadalanan turlar bazar günü həyata keçiriləcək.

 

Qəbələ  turu

Bölgələrə bir günlük tur təşkil edən şirkətlərdən biri də İntourist travel şirkətidir. Adıçəkilən turizm şirkəti bu həftəsonu Qəbələyə tur təşkil edir. Turun qiyməti  32 manatdır. Qiymətə nəqliyyat, bələdçi, çay süfrəsi, səhər yeməyi, nahar yeməyi, fotosessiya və ekskursiyalar daxildir. Tur zamanı Qəbələnd, Nohurgöl, Tufandağ və digər məkanlara  ekskursiyalar təşkil olunacaq. Bu turun digər bir günlük turlardan fərqi ondadır ki, tur müddətində səhər yeməyi ilə yanaşı nahar yeməyi də verilir.

Qeyd edək ki, əksər turizm şirkətləri bu həftəsonuna iki günlük tur proqram hazırlamayıblar. Buna səbəb həmin turlara tələbatın az olmasıdır.

Lakin turizm şirkətləri iki günlük turlara tələbatın növbəti həftələrdə atracağını proqnoz edirlər. Ona görə də qarşıdan gələn həftəsonlarına  iki günlük tur paketlər hazırlayırlar. 

OXŞAR XƏBƏRLƏR