Azərbaycanlılar təyyarə uçuşlarına nə qədər pul xərcləyir?

Xəbərlər 2 Iyun 2017 00:00 1134
Azərbaycanlılar təyyarə uçuşlarına nə qədər pul xərcləyir?

Dünyada ən ucuz aviauçuşlar həyata keçirilən ölkənin adı məlum olub. Seyyah.az xəbər verir ki, siyahını məşhur Kiwi.com. turist xidmətləri  tərtib edib. Hesablamalara görə, ən ucuz aviauçuşlar həyata keçirən ölkə  Malayziya olub. Belə ki, bu ölkədə xarici və daxili uçuşlar üçün  hər 100 kilometr məsafəyə 4.18 dollar ödənilir.

Siyahının ikinci pilləsində isə 4.65 dollarla Bolqarıstan qərarlaşıb. Üçlüyü isə Hindistan tamamlayır. Bu ölkədə sərnişinlər hər 100 kilometr üçün 4.96 dollar ödəyir. Siyahının 4-cü pilləsində Türkiyə 6.28 dollarla, 5-ci pilləsində isə Rumıniya qərarlaşıb - hər 100 kilometrə 6.46 dollar.

Siyahıda 80 ölkənin uçuş qiymətləri qeyd olunub. Azərbaycan bu siyahıda 44-cü olub. Belə ki, Azərbaycanda sərnişinlər hər 100 kilometr üçün 15.34 dollar ödəyir. Siyahının sonuncu pilləsində isə hər 100 kilometrə 54.63 dollar ödəyən Belçika qərarlaşıb.

Tam siyahı ilə aşağıdakı linkdən tanış ola bilərsiz.

 

https://www.kiwi.com/stories/flight-price-index-2017/usd/?awc=6682_1496327423_592900b2139a6dea24031f87468fc34b

Mənbə: Turizm.fins

OXŞAR XƏBƏRLƏR