Dünyaca məşhur bir neçə mehmanxana brendi online bronlama xidmətlərinə qarşı çıxıblar. Seyyah.az xəbər verir ki, bunlar Marriott International, Hilton Worldwide Hol-dings və InterContinental Hotels Group hotellər şəbəkəsidir.
Mehmanxana rəsmilərinin fikrincə, onlar bu xidmətlərə görə hər bronlaşmada gəlirlərinin 30 faizini itirirlər. Hesablamalara görə, təkcə ABŞ-da hər il bronlama xidmətlərinə görə mehmanxanalar 4.5 milyon dollardan məhrum olurlar. Hazırda bəzi məşhur brend hotellər şəbəkəsi online bronlama xidmətlərindən yayınmağa çalışırlar.