"Jumeirah Bilgah Beach" tələbələri işə dəvət edir- VAKANSİYALAR

Otel tələbələrinə 5 ulduzlu oteldə iş təcrübəsi keçmək və qazanc əldə etmək imkanı yaradır
Xəbərlər 13 May 2014 00:00 2128
"Jumeirah Bilgah Beach" tələbələri işə dəvət edir- VAKANSİYALAR

"Jumeirah Bilgah Beach" oteli yay mövsümündə Azərbaycan Turizm İnstitutunun tələbələrinə 5 ulduzlu oteldə iş təcrübəsi keçmək və qazanc əldə etmək imkanı yaradır. Seyyah.az-ın məlumatına görə, onlar qəbul və qeydiyyat şöbəsinin nəzdində telefon operatoru və hostes vakansiyaları üzrə boş olan yerlərə dəvət edilir.  


Tələb olunan keyfiyyətlər bunlardır.


Telefon operatoru üçün: 
• Qonaqlarla ünsiyyət qurmaq bacarığı
• Azərbaycan və Rus dillərində sərbəst danışmaq
• İngilis dilini orta səviyyədə bilmək
• Otel biznesi barədə məlumatlı olmaq
• Müvafiq sahə üzrə iş təcrübəsinin olması arzuolunandır

Hostes üçün:
• Xanım namizəd
• Qonaqlarla ünsiyyət qurmaq bacarığı
• Azərbaycan və Rus dillərində sərbəst danışmaq
• İngilis dili üzrə anlayış
• Müvafiq sahə üzrə iş təcrübəsinin olması arzuolunandır


Müraciət etmək istəyən şəxslər CV-lərini aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər.


jobsbaku@jumeirah.com

OXŞAR XƏBƏRLƏR