Viza almaq çətinləşəcək - YENİ TƏLƏBLƏR

Xəbərlər 2 Iyun 2017 00:00 1798
Viza almaq çətinləşəcək - YENİ TƏLƏBLƏR

ABŞ-a vizaların verilməsinin yoxlanılması qaydaları sərtləşdirilib. Seyyah.az-ın Report-a istinadən xəbər verir ki,Prezident Donald Trampın administrasiyası bu məqsədlə yeni anket formasını təsdiqləyib.

İnformasiyaya əsasən, anketə bir neçə yeni maddə əlavə edilib.

Eləcə də bax: Britaniya vizası bahalaşdı

Məlumata görə, ABŞ konslluğunun əməkdaşı viza almaq istəyən şəxsdən əvvəlki xarici pasportlarının nömrələrini, habelə son 5 ildə sosial şəbəkələrdə istifadə etdiyi adları, 15 illik tərcümeyi-halını, o cümlədən əmək fəaliyyəti və dünya üzrə gəzintilərini soruşacaq.

Anketdə bu sorğularla bağlı qrafanın doldurulması məcburi olmasa da, ancaq onların cavablandırılmaması vizanın verilməsini gecikdirə bilər. 

OXŞAR XƏBƏRLƏR