Tiflis – Siqnaxi turu – QİYMƏTLƏR

Xəbərlər 2 Iyun 2017 00:00 820
Tiflis – Siqnaxi turu – QİYMƏTLƏR

Azərbaycanın yerli turizm şirkəti iyunun 10-11-də  Gürcüstanın Tiflis və Siqnaxi şəhərlərinə tur təşkil edəcək. Seyyah.az xəbər verir ki, tur 2 gün 1 gecə nəzərdə tutulub.

Turun qiyməti  1 nəfər üçün 119 manatdır. Qiymətə nəqliyyat , oteldə qonaqlama, qidalanma (2 dəfə səhər yeməyi) ekskursiyalar ,fotoçəkiliş, bələdçi  daxildir.

Turun proqramı isə  belədir:

İyunun 9-da axşam saatlarında Bakıdan Gürcüstan iqtiqamətində yola çıxılacaq. Bunun üçün tur iştirakçıları  23:00-da Gənclik  metro stansiyasının qarşısında toplaşmalıdırlar. İyunun 10-da səyahətçilər saat 7-8 radələrində Qırmızı körpüyə çatacaqlar. Səhər 9-da Tiflis şəhərində səhər yeməyi yeyiləcək. Daha sonra mehmanxanada yerləşmə, şəhər gəzintisi olacaq.

İyunun 11-də isə Kaxetiya regionuna ekskursiya təşkil olunacaq. Bundan başqa Ucarma qalasına və Aleksandr Çavçadzenin ev muzeyinə ekskursiya təşkil olunacaq. Ekskursiyalar zamanı sevgilər şəhəri Siqnaxiyə də səfər təşkil olunacaq.  

OXŞAR XƏBƏRLƏR