“Şamaxi Palace Platinum By Rixos” otelinin açılışı olub- Fotolar

Xəbərlər 14 May 2014 00:00 1763
“Şamaxi Palace Platinum By Rixos” otelinin açılışı olub- Fotolar

Mayın 14-də Şamaxı rayonunun Şərədil kəndində beşulduzlu “Şamaxi Palace Platinum By Rixos” otelinin açılışı olub. Açılışda prezident İlham Əliyev də iştirak edib.

Dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub.


Məlumat verilib ki, altımərtəbəli otel 102 otaqdan ibarətdir. Otaqlardan 82-si “Delux”, 9-u “Suite”, 8-i “King-suite”, 3-ü isə “Presidential suite”dir. Burada 450 nəfərlik şadlıq sarayı, 2 restoran, 8 bar, 200 nəfərlik konfrans zalı, 30 nəfərlik toplantı otağı, anfiteatr, lüks gecə klubu, uşaq əyləncə guşəsi, “SPA” mərkəzi və s. var.

Dövlətimizin başçısı otelin kollektivi ilə görüşüb.


OXŞAR XƏBƏRLƏR