Türkiyənin turizm sektoru 20 ay sonra ilk müsbət xəbəri eşidib. Seyyah.az xəbər verir ki, Aprel ayında Türkiyəyə gələn turistlərin sayı keçən ilin eyni ayı ilə müqayisədə 18 faiz artım göstərib. Beləliklə, 20 ay sonra ilk dəfə illik müqayisədə artım qeyd edilmişdir.
Türkiyə Turizm Nazirliyinin açıqladığı məlumatlara görə, Türkiyəyə gələn əcnəbi ziyarətçilərin sayı Apreldə 18.1 faiz artımla 2.07 milyon nəfər olub. Yanvar-Aprel dövründə isə xarici ziyarətçilərin sayı 0.96 faiz artımla 5.87 milyon nəfər olub.
Apreldəki bu müsbət mənzərə, eyni zamanda beş ilin ən böyük illik artımı olub.
2016-cı ilin İyun ayında turist sayında azalma illik olaraq 40 faiz səviyyələrinə qədər yüksəlmişdi.
Mənbə: Marja.az