İyun ayında Rusiyanın Soçi şəhərində Hamam Festivalı keçiriləcək. Festival günlərində şəhər hamamlarının əksəriyyəti pulsuz xidmət göstərəcək.
seyyah.az MDB məkanın bir neçə şəhərində hamamların qiymətini araşdırıb.
Moskva

Moskvanın qədimi hamamlarında ampir stilində buxarı zalları və antik hovuzlar da var. Sözsüz ki, müasir buxar oatqlarında şərait daha sadədir. Rusiya paytaxtında iki saatlıq hamam zövqünün orta qiyməti 40 dollara başa gələcək.
Tiflis

Gürcüstanın bir nömrəli görüb-gəzməli yeri kükürd hamamlarıdır. Onların xüsusiyyəti ondadır ki, su bulaq kimi yerin altından çıxır. Adından da bəlli olduğu kimi, o hidrogen sulfidlə zəngindir. Burada ümumi zalda istirahətin qiyməti 60 dollardır.
Minsk

Minskdə relaksasiya seansı daha ucuz başa gələcək. Burada iki saata siz 42 dollar ödəməli olacaqsız.
Bakı

Şərq şəhərlərini hamamsız təsvir etmək mümkün deyil. Şərq hamamlarındakı temperatur orada daha çox vaxt keçirtməyə imkan verir. Lakin orada özünü məsələn, sauna ilə müqayisədə daha gumrah hiss edirsən. Bakıda bu həzzin qiyməti cəmi 12 dollardır. Beləliklə, Azərbaycanın paytaxtı ən ucuz hamam istirahəti üzrə liderlikdir.
Mənbə: fins.az