Baku–Rodos uçuşları başlayır- "Aegean Airlines"

Xəbərlər 14 May 2014 00:00 1246
Baku–Rodos uçuşları başlayır- "Aegean Airlines"

Yunanıstanın "Aegean Airlines" şirkəti Bakıdan Rodos adasına mövsümi uçuşlara başlayır. Seyyah.az-ın "Fineko"ya istinadən məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi barədə ilkin razılıq əldə edildiyini bildirib.


Nazirlikdən bildirilib ki, Bakı-Rodos təyyarə reysləri iyun və sentyabr aylarında həftədə bir dəfə (çərşənbə günləri), iyul və avqust aylarında isə həftədə iki dəfə (çərşənbə və cümə günləri) həyata keçiriləcək.


Nazirlikdən o da bildirilib ki, yay aylarında "Aegean Airlines" şirkətinin Krit adasına reyslər təşkil edəcəyi də gözlənilir.

OXŞAR XƏBƏRLƏR