Azərbaycan turizminə ağır itki – YENİLƏNİB

Xəbərlər 3 Iyun 2017 00:00 1139
Azərbaycan turizminə ağır itki – YENİLƏNİB

Seyyah.az-ın "TravelNews"ə istinadən verdiyi xəbərə görə, “Silk Way Travel” şirkətinin baş direktoru, eyni zamanda AZTA-nın idarə heyətinin üzvü Şirzad Əfəndiyev bu gün dünyasını dəyişib.

Qeyd edək ki, mərhum Ş.Əfəndiyevin Azərbaycan turizminin inkişafında müstəsna xidmətləri olub.

Allah rəhmət eləsin!


Mərhum bugün günorta saatlarında “Yasamal qəbiristanlığı”nda torpağa tapşırılıb. Həyatının 30 ildən çoxunu aviasiya və turizmə həsr edən mərhum Ş.Əfəndiyev bir çox önəmli vəzifələrdə çalışıb.

Həm “Silk Way Travel” şirkətinin baş direktoru, həm də AZTA-nın idarə heyətinin üzvü olaraq hər zaman turizm sənayesi və müxtəlif şirkətlərə öz dəstəyini göstərib.

Qeyd edək ki, mərhumun 57 yaşı var idi.

OXŞAR XƏBƏRLƏR