ABŞ-a vizaların verilməsinin yoxlanılması qaydaları sərtləşdirilib. Seyyah.az-ın Report-a istinadən xəbər verir ki,Prezident Donald Trampın administrasiyası bu məqsədlə yeni anket formasını təsdiqləyib.
İnformasiyaya əsasən, anketə bir neçə yeni maddə əlavə edilib.
Eləcə də bax: Britaniya vizası bahalaşdı
Məlumata görə, ABŞ konslluğunun əməkdaşı viza almaq istəyən şəxsdən əvvəlki xarici pasportlarının nömrələrini, habelə son 5 ildə sosial şəbəkələrdə istifadə etdiyi adları, 15 illik tərcümeyi-halını, o cümlədən əmək fəaliyyəti və dünya üzrə gəzintilərini soruşacaq.
Anketdə bu sorğularla bağlı qrafanın doldurulması məcburi olmasa da, ancaq onların cavablandırılmaması vizanın verilməsini gecikdirə bilər.