ANFAŞ Hotel Equipment-in 25-ci sərgisini qaçırmayın -DƏVƏT

Yanvarın 21-24-də ANFAŞ Hotel Equipment Antalyada özünün ənənəvi 25-ci sərgisini təşkil edəcək.
Xəbərlər 6 Yanvar 2014 00:00 1136
ANFAŞ Hotel Equipment-in 25-ci sərgisini qaçırmayın -DƏVƏT

Yanvarın 21-24-də ANFAŞ Hotel Equipment Antalyada özünün ənənəvi 25-ci sərgisini təşkil edəcək. Seyyah.az-ın məlumatına görə, Azərbaycan üzrə bu təşkilatın rəsmi tərəfdaş şirkəti olan Zenit Tour Baku otel nümayəndələrini bu sərgidə iştirak etməyə dəvət edir.

 

Sərgi Antalya Expo Centerde təşkil olunacaq. Dünyanın müxtəlif ölkələrindən otel , turizm şirkəti, restoran, turizmlə əlaqəli qurumlarin iştirak edəcəyi bu sərgidə B2B görüşlər, workshoplar ve s. təşkil ediləcək. 

 

Sərgidə iştirak edən şəxslər üçün göstəriləcək PULSUZ xidmətlər bunlardır:

> Pulsuz 3 gecə 5* oteldə yerləşdirmə (səhər yeməyi daxil)

> Pulsuz havalimanı transferi ( qonaqlarımız hava limanından xüsusi maşın ilə qarşılanacaq və gəldikləri vaxtlara görə otellərinə və ya sərgi salonlarına aparılacaqdır )

> Sərgi salonundan otelə və oteldən sərgi salonuna pulsuz shuttle servisi

> Sərgi salonuna pulsuz giriş

 

Əlavə olaraq Zenittoura ödəniləcək:

> Aviabilet haqqı

> Qeydiyyat haqqı 100 AZN

OXŞAR XƏBƏRLƏR