Azərbaycan “İMEX 2014” sərgisinə qatılır - İLK DƏFƏ

Xəbərlər 14 May 2014 00:00 980
Azərbaycan “İMEX 2014” sərgisinə qatılır - İLK DƏFƏ

Azərbaycanın turizm sənayesinin nümayəndələri mayın 20-22-də Almaniyanın Frankfurt şəhərində keçiriləcək "İMEX 2014" beynəlxalq işgüzar turizm sərgisində iştirak edəcəklər. Nazirliyin məlumatına görə, sərgiyə Mədəniyyət və Turizm Nazirliyinin nümaynədələrii ilə yanaşı, yerli turizm şirkətləri və otellərin təmsilçiləri də qatılacaqlar. Bura "Absheron Hotel Group", "Fairmont Baku", "Hilton Baku", "Hyatt Regency Baku", "JW Marriott Absheron Baku", "Jumeirah Bilgah Beach Hotel", "Kempinski Hotel Badamdar" mehmanxanaları və "Millennium Tourism", "Victory tour", "Regea travel" turizm şirkətləri daxildir.


Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri ilk dəfədir ki, "İMEX" beynəlxalq işgüzar turizm sərgisində iştirak edəcək. Rəsmi məlumatlara əsasən, ötən il adıçəkilən tədbirdə 157 ölkədən 3500-ə yaxın iştirakçı təmsil olunub.

OXŞAR XƏBƏRLƏR