“Sabirabad gecələri” – 8 MANATLIQ YENİ ƏTİR

Xəbərlər 6 Iyun 2017 00:00 717
“Sabirabad gecələri” – 8 MANATLIQ YENİ ƏTİR

Bakıda dəbdə olan veyperlərə (veyper – elektron siqaret çəkənə deyilir) aid məhsullar təqdim edən mağazaların sayı getdikcə artır. Butip mağazalarda elektron siqaret üçün e-maye, spirallar, pambıqlar, aksessuarlar, kremlər və ətirlər əldə etmək mümkündür.

Fins.az xəbər verir ki, bu məhsulların bəziləri artıq Azərbaycanda da istehsal olunur.

Elektron siqaretlər üçün milli ətirlərlərin bəziləri ilə sizi tanış edirik:

“Leyli və Məcnun” - 4 müxtəlif təamda çiyələk ətirli krem. 30 ml. – 8 AZN;

“Sabirabad gecələri” - çiyələk və qarpızın klassik birləşməsi + dragonfruit. 30 ml. – 8 AZN;

“Sarı gəlin” - darçın və şirin südlü kremin balansı. 100 ml. – 20 AZN;

“Koroğlu”-  bal, fındıq, qaymaq və bananın qarışığı. 100 ml. – 20 AZN.  

OXŞAR XƏBƏRLƏR