Pulsuz bilet kampaniyasına aldanmayın – VİRUS ÇİXDI

Xəbərlər 6 Iyun 2017 00:00 642
Pulsuz bilet kampaniyasına aldanmayın – VİRUS ÇİXDI

Sosial şəbəkələrdə yeni yoluxma: fırıldaqçılar məşhur aviaşirkətlər adından  bəxtini sınayıb bilet qazanmaq təklif edir. Seyyah.az-ın əldə etdiyi məlumata görə, istifadəçilərin keçid aldığı linklər kompüter və cib üçün təhlükəlidir.

Facebook bütün dünyada bu cür repostlarla bu günlər doludur. Məsələn fransalılara “Air France”la, rusiyalılara “Emirates” ya “Aeroflot” ilə pulsuz uçuçlar təklif olunur.

Qeyd edək ki, linki tıklayandan sonra, cıhazınını troyan virusu ilə bulaşdırırsınız, Facebook istifadəçisi kimi avtorizasiya olunandan sonra fırıldaqçılara şəxsi məlumatlarınızı yollayırsınız, digər kontaktlarınıza zərərli linki göndərirsiniz və nəhayət səhifənizdə repost edirsiniz .

Yeni yoluxmanı bir neçə həftə bundan öncə on minlərlə kompütrlərə zərər vermiş  “WannaCry” virusu ilə müqayisə edirlər. Xatırladaq ki, zərərli proqram OS Windows cihazlarında məlumatları blok edərək 300 dollardan başlayan məbləğdə fidyə istəyirdi.

Mənbə: fins.az

OXŞAR XƏBƏRLƏR