Göygöldə turist yıxılaraq ağır xəsarət alıb

Xəbərlər 6 Iyun 2017 00:00 1266
Göygöldə turist yıxılaraq ağır xəsarət alıb

Göygöldə Türkmənistan vətəndaşı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Hadisə rayonun Üç Təpə kəndində baş verib.

Kəndə qonaq gələn 1952-ci il təvəllüdlü Cumaxoca Cabbarov qaldığı evdə hündürlükdən yıxılaraq ağır kəllə-beyin travması alıb. Yaralı yaxınlarının köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: "Report"

OXŞAR XƏBƏRLƏR