Bakıda Hind yeməkləri festivalı keçiriləcək

Xəbərlər 6 Iyun 2017 00:00 1777
Bakıda Hind yeməkləri festivalı keçiriləcək

Paytaxtımızda bir birindən daha maraqlı olan festivallar keçirilir. Bu səfər Hindistanın Azərbaycandakı səfirliyi “İndian Food Fest” adlı festival keçirəcək. Seyyah.az-ın verdiyi xəbərə görə, festival iyunun 11 saat 17.00 Hyatt Kishmish Hall-da baş  tutacaq.

Festivalda Hindistanın müxtəlif bölgələrinin mətbəxinin inciləri, ənənəvi təamları təqdim olunacaq. Bundan başqa festivalda Hindistandan gətirilən ərzaq və mallar almaq mükün olacaq.

Və ən maraqlısı festivalda keçiriləcək əyləncə proqramıdır: rəqslər, oyunlar və mükafatlar.

Mənbə: fins.az

OXŞAR XƏBƏRLƏR