İyunun 17-dən etibarən Türkiyənin Trabzon şəhərindən Bakıya birbaşa aviareys açılacaq.
Bu barədə yerli turizm şirkətlərindən birinin nümayəndəsi Kadir Baydur məlumat verib.
Onun sözlərinə görə, birbaşa aviareysin açılması turistlərin sayının artmasına səbəb olacaq.
Aviareysi Türkiyənin "Onur Air" şirkəti şənbə günləri həyata keçirəcək.
Seyyah.az-ın məlumatına görə, bu reyslə bir tərəfə uçuş qiyməti 99 avrodan başlayır. Belə ki, elə ilk gün - iyunun 17-də bu reyslə Trabzona ucmaq 99 avroya, qayitmaq isə 111 avroya başa gələcək.
Bu məbləğə 23 kilaqram yük və 8 kiloqram əl yükü də aiddir.
Eləcə də bax: Turistlər Azərbaycanda bu yerə axışır - 40 MİN NƏFƏR