İran Mülki Aviasiya Təşkilatı Qətər ilə bəzi ərəb ölkələri arasında yaşanan böhran və Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələbi ilə bağlı Qətər Hava Yolları şirkətinə İranın hava sahəsindən istifadə etmək üçün icazə verib. Bu barədə seyyah.az "Mehr" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Qətər təyyarələri artıq yerli saatla 04:30-dan etibarən İran üzərindən uçmaya başlayıb. İran Mülki Aviasiya Təşkilatı regionda beynəlxalq hava nəqliyyatının nizamlı və təhlükəsiz hərəkəti istiqamətində tədbirləri davam etdirəcəyini bildirib.
Qeyd edək ki, son günlər Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir və Birləşmiş Ərəb Əmirlikləri başda olmaq bəzi ərəb ölkələri Qətər ilə bütün diplomatik əlaqələri kəsib, quru, dəniz və hava sərhədlərini bağlayıblar.
Mənbə: fins.az