AZAL-la Bakıdan Nyu-Yorka uça biləcəyik- ilk qitələrarası aviareys

"Yay mövsümünün sonuna ABŞ-a müntəzəm aviareysin icrasına başlamağı planlaşdırırıq"
Xəbərlər 15 May 2014 00:00 1110
AZAL-la Bakıdan Nyu-Yorka uça biləcəyik- ilk qitələrarası aviareys

Bakıdan Nyu-Yorka ilk qitələrarası aviareys açılacaq. Seyyah.az-ın məlumatına görə, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin rəhbəri Cahangir Əsgərov "The Business Year" jurnalına müsahibəsində bildirib. QSC sədrinin sözlərinə görə, bu, Cənubi Qafqaz regionundan Şimali Amerikaya ilk aviareys olacaq ki, bu da hava sərnişin nəqliyyatı sahəsində regional lider kimi "Azərbaycan Hava Yolları"nın statusunu möhkəmləndirəcək: "Biz yay mövsümünün sonuna ABŞ-a müntəzəm aviareysin icrasına başlamağı planlaşdırırıq, artıq ABŞ Federal Mülki Aviasiya İdarəsinin icazəsi alınıb. İdarənin ekspertləri Azərbaycanın aviasiya uçuşlarının təhlükəsizliyinin beynəlxalq standartlara uyğun gəldiyini qeyd ediblər".

C.Əsgərov onu da bildirib ki, "Azərbaycan Hava Yolları"nın yeni - Qəbələ-Naxçıvan daxili aviareysini açmağı da planlaşdırır. Mayın sonundan isə AZAL Heydər Əliyev Beynəlxalq Hava Limanından altı yeni reysi açmağı nəzərdə tutur. Bunlar Nijni Novqorod, Minsk, Krasnoyarsk, Perm, Kazan və Rostov aviareysləri olacaq.  

OXŞAR XƏBƏRLƏR