Səfir: “Bakı – Nyu-York aviareysinin açılması istiqamətində xeyli irəliləyiş əldə edilib”

Xəbərlər 17 May 2014 00:00 1141
Səfir: “Bakı – Nyu-York aviareysinin açılması istiqamətində xeyli irəliləyiş əldə edilib”

“Bakı – Nyu-York aviareysinin açılması istiqamətində xeyli irəliləyiş əldə etmişik”. Seyyah.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib. O bildirib ki, ABŞ-ın Federal Aviasiya Administrasiyası Azərbaycana uçuşlara icazə verən birinci dərəcəli sertifikat verib: “Son addım olaraq təhlükəsizlik təftişi olmalıdır. Biz güman etmirik ki, burada hər hansı xoşagəlməz hal və ya yubanma baş versin. Yenə də qeyd etmək istərdim ki, yayın sonları, payızın əvvəlində aviareysin açılması ehtimalı çox yüksəkdir”. 

 
OXŞAR XƏBƏRLƏR