“Metropark”da son vəziyyət belədir - FOTOLAR

Xəbərlər 12 Iyun 2017 00:00 2119
“Metropark”da son vəziyyət belədir - FOTOLAR

Nərimanov rayonunda yerləşən “Metropark” Ticarət Mərkəzi boşaldılıb. 

Şahidlər tərəfindən verilən məlumata görə, ticarət mərkəzinin işçiləri evə yola salınıb. Bununla yanaşı, “Metropark”ın ətrafında hüquq-mühafizə xidmətinin əməkdaşları, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri toplaşıb. 

Mərkəzin boşaldılmasının səbəbi nə işçilərə, nə də müştərilərə açıqlanmır. 

***

Bildirilir ki, naməlum şəxs Ticarət Mərkəzinə bomba qoyulması ilə bağlı 102-yə zəng vurub.

Polis mərkəzdəki satıcıları və müştəriləri təxliyyə edib.

Seyyah.az "Sputnik Azərbaycan"-a istinadən xəbər verir ki, anonim zəng bu gün şəhərdəki taksofonların birindən edilib. Ərazini yoxlayan mütəxəssislər şübhəli heç nə aşkar etməyiblər. Hazırda "telefon terrorçusu"nun axtarışları davam etdirilir.

 


 Mənbə: Qafqazinfo.az

OXŞAR XƏBƏRLƏR