“iPhone 8” smartfonunun qiyməti - MƏLUM OLDU

Xəbərlər 13 Iyun 2017 00:00 1104
“iPhone 8” smartfonunun qiyməti - MƏLUM OLDU

Yeni “iPhone 8” smartfonunun qiyməti açıqlanıb.

Seyyah.az “Life” resursuna istinadən xəbər verir ki, “Apple” şirkətinin smartfonun kütləvi istehsalına bir neçə gün əvvəl başlamasına baxmayaraq, yeni qurğunun qiyməti uzun müddət gizli saxlanılıb. Bu dəfə isə şirkət nümayəndələri ABŞ-da yeni qurğunun qiymətinin təxminən 1000 dollar təşkil edəcəyi barədə açıqlama veriblər.

Ekspertlərin fikrincə, ABŞ istehsalçısının yeni smartfon modeli dünya mobil telefonlar sənayesində əsl inqilab olacaq. Buna əsas kimi qurğunun tam çərçivəsiz olacağı qeyd edilir. Bundan başqa, “iPhone 8”də displeyə yerləşdirilən barmaq izi skaneri quraşdırılacaq.

Mənbə: Azertag

OXŞAR XƏBƏRLƏR