Azərbaycandakı səfirlər Qubaya gedəcək-İnfotur

Xəbərlər 17 May 2014 00:00 1320
Azərbaycandakı səfirlər Qubaya gedəcək-İnfotur

Mayın 20-21-də Mədəniyyət və Turizm Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə Azərbaycanda fəaliyyət göstərən 30 ölkənin diplomatik nümayəndəlikləri üçün Quba və Qusar rayonlarında infotur keçirəcək. Nazirliyin xəbərinə görə, iki gün davam edəcək infoturda Səfirliklərin nümayəndələri Azərbaycanın, xüsusilə də Quba-Qusar bölgəsinin zəngin turizm potensialı, tarix-memarlıq abidləri, milli mətbəxi vəadət və ənənələri ilə tanış olacaqlar.


Qeyd edirik ki, ölkəmizin turizm potensialı ilə tanışlıq və təbliğat məqsədilə bu cür turların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR