İstanbul Şopinq festivalının - VAXTI AÇIQLANIB

Xəbərlər 14 Iyun 2017 00:00 1001
İstanbul Şopinq festivalının - VAXTI AÇIQLANIB

İstanbulu alış-veriş məkanına çevirmək məqsədilə 7 ildir təşkil olunan İstanbul Shopping Fest (İSF)  1-16 İyulda  keçiriləcək.

 
Seyyah.az xəbər verir ki, İstanbulu yenidən kəşf etmək imkanı bəxş İSF, alış-veriş mərkəzlərində quraşdırılacaq "Design İSF" sahələri və "Kapalıçarşı" marşrutları ilə müasir və ənənəvi alış-veriş kefini bir arada təqdim edəcək.
 

İSF-nin təqdimatı münasibətilə keçirilən toplantıda çıxış edən İstanbul Ticarət Palatasının (İTO) sədri İbrahim Çağlar, tədbirin 2011-ci ildən keçirildiyini və qlobal bir markaya çevrildiyini söyləyib.

 

Mənbə: marja.az

OXŞAR XƏBƏRLƏR