"Türk Hava Yolları"ndan – FOTO QADAĞASI

Xəbərlər 14 Iyun 2017 00:00 775
"Türk Hava Yolları"ndan – FOTO QADAĞASI

"Türkiyə Hava Yolları" aviaşirkəti əməkdaşlarına sosial şəbəkələrdə uniformalarda fotolarını yaymağı qadağan edib. Bu qadağa aviaşirkətin pilot, bort bələdçilərinə, texniki heyət və digər əməkdaşlara şamil olunur.

Qadağa ilə bağlı aviaşirkətin yaydığı məlumatda qeyd edilir ki, əməkdaşlar sosial şəbəkələrdə iş yerlərini də qeyd edə bilməzlər.

"Türkiyə Hava Yolları" həmçinin aeroport daxilindən görüntülər paylaşmağı, digər strateji əhəmiyyətli obyektlərin fotolarını yaymağı da qadağan edib.

© Trend 

OXŞAR XƏBƏRLƏR