Fransaya viza qaydaları dəyişir - MAYIN 26-DAN ETİBARƏN

Xəbərlər 18 May 2014 00:00 1786
Fransaya viza qaydaları dəyişir - MAYIN 26-DAN ETİBARƏN

Fransanın Azərbaycandakı səfirliyi viza verilməsi qaydalarını dəyişib. Səyyah.az-ın məlumatına görə, bu barədə səfirliyin açıqlamasında bildirilir.


Açıqlamaya əsasən, 2014-cü il mayın 26-dan etibarən, səfirlikdən Fransa, Belçika, Hollandiya, Lüksemburq, İspaniya və Portuqaliyaya getmək üçün viza almaq istəyən adi pasport sahiblərinə TLS Kontakt şirkəti xidmət göstərəcək. Viza almaq istəyənlər üçün görüş vaxtlarının müəyyən edilməsini adı çəkilən şirkət həyata keçirəcək. Viza alınması məqsədilə bu şirkət vasitəsilə görüş vaxtının müəyəən edilməsi üçün 404 12 03/ 404 12 04/ 404 12 05/ telefonları və https://www.tlscontact.com/az2fr/login.php internet ünvanına müraciət etmək lazımdır.


Beləliklə, Fransa səfirliyinin vizalar şöbəsi bu tarixdən başlayaraq viza almaq istəyənlərə görüş vaxtının verilməsi ilə məşğul olmayacaqdır.


Viza almaq istəyənələrə telefonla məlumatların verilməsini (prosedurlar, təqdim edilməli sənədlər və s.) də bu şirkət həyata keçirəcək. Eləcə də, səfirliyin vizalar şöbəsi tərəfindən dosyelər yoxlanıldıqdan sonra pasportların ərizəçilərə qaytarlmasını bu şirkət öz öhdəsinə götürəcək. Beləliklə, Fransa Səfirliyinin Vizalar şöbəsindən verilən pasportlar ərizəçilərə bundan sonra TLS Kontakt şirkətində, aşağıdakı ünvanda qaytarılacaq: BAKI, AZ 1025, Xocalı prospekti. 37, DƏMİRÇİ Tover.

OXŞAR XƏBƏRLƏR