Dollar/TL məzənnəsi ABŞ Ticarət Nazirliyi tərəfindən açıqlanan inflyasiya göstəricisindən sonra 3.50 səviyyəsindən aşağı düşüb.
Seyyah.az xəbər verir ki, Türk lirəsi Dollar qarşısnda 0.70 faiz bahalaşıb və məzənnə 3.4940 lirə səviyyəsini görüb.
ABŞ-da edilən açıqlamaya görə istehlakçı qiymətləri (inflyasiya) May ayında illik 1.9 faiz artaraq 2%-lik proqnozdan aşağı qalıb. Aylıq müqayisədə isə qiymətlərdə 0.1 faiz geriləmə baş verib.