Venesiya hakimiyyəti İtaliya şəhərinin tarixi mərkəzində hotellərin tikintisini qadağan etmək niyyətindədir. Turizm.fins.az-ın verdiyi xəbərə görə, buna səbəb turistlərin böyük axınıdır.
Məlumata görə, qadağa altına mövcud olan binaların qonaqlama obyektlərinə çevirmək də düşə bilər. Lakin məhdudiyyətlər mənzilləri özəl şəxslərə kirayə verən sahibkarala aid deyil. Qeyd edək ki, hazırda şəhərin tarixi hissəsində turistlərə 25.4 min qonaqlama nömrəsi təklif olunur.
Venesiya rəhbərliyi bu addımı ilə şəhərə gələn turist axınını azaltmaq istəyir. Bu şəhəri hər il 30 milyon xarici səyahətçi zaiyarət edir. Turistlərin axınından narazı olan yerli əhali etiraz aksiyaları keçirir.
Xatırladaq ki, yanvarın ayında hotellərin tikintisinə anoloji moratorium Barselonada qoyulub. Bundan öncə isə, Sakit Okean sahilində yerləşən Palau dövlətinin prezidenti ölkədə yalnız 5 ulduzlu hotellərin tikintisini təklif edib. Bununla o Palauya gələn kasıb turistlərin sayını azaltmaq niyyətindədir.