Bakı Zooparkına gələnlər artıb - QİYMƏT

Xəbərlər 14 Iyun 2017 00:00 1171
Bakı Zooparkına gələnlər artıb - QİYMƏT

Bu ilin beş aynda Bakı Heyvanat Parkına gələn ziyarətçilərin sayında ötən illin müvafiq dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, cari ilin beş ayı ərzində parkı 36 min 306 nəfər ziyarət edib.

 

Parkdan bildirilib ki, ziyarətçilərin 13 min 873 nəfəri böyüklər, 22 min 433 nəfəri isə uşaqlar olub.

 

Eyni zamanda, Parka gələn xarici ölkə vətəndaşları arasında İran, Türkiyə, Rusiya, Pakistan və Ərəb ölkələrindən olan turistlər üstünlük təşkil edib.

 

Zooparkın ziyarəti üçün bilet qiymətləri belədir:

 

2 yaşına qədər uşaqlar üçün - pulsuz

 

2-10 yaşına qədər - 1 manat

 

10 yaşdan yuxarı və böyüklər üçün - 2 manat.

OXŞAR XƏBƏRLƏR