Azərbaycanda pioner düşərgələri bərpa olunacaq -YENİLİK

Xəbərlər 18 May 2014 00:00 1266
Azərbaycanda pioner düşərgələri bərpa olunacaq -YENİLİK

Böyük Bakının Regional İnkişaf Planı 2030-cu ilədək paytaxtın sosial prioritetləri və inkişaf prinsiplərini də müəyyənləşdirib. Layihəyə əsasən Bakının bütün qəsəbələrində çox funksiyalı mərkəzlər - klubların yaradılması, qəsəbədəki tarixi abidələr və təbii ekoloji zonalar üzrə turist marşrutlarının təşkil edilməsi nəzərdə tutulur.


İnkişaf Planında kinoteatrların, xalq teatrlarının və dərnəklərin inkişafının həvəsləndirilməsi də yer alıb. Nəhayət layihəyə əsasən məktəb düşərgələrinin təşkili ənənəsinin bərpası, eləcə də bütün yaşayış massivlərində idman-sağlamlıq qurğularının quralması yer tapıb.

OXŞAR XƏBƏRLƏR