“Rixos Quba” yay mövsümünə start verdi – QİYMƏT

Xəbərlər 19 Iyun 2017 00:00 3122
“Rixos Quba” yay mövsümünə start verdi – QİYMƏT

Azərbaycanın ən dəbdəbəli və elit mehmanxanası sayılan, son dövrlərin ən müasir tələblərini özündə cəmləşdirən və nəhayət, yeni sahiblərini tapandan sonra “Rixos Quba Azərbaycan” təzədən və bu dəfə tam başqa formatda fəaliyyətini qurmağa başlayıb. 

 

Qubanın ən hündür nöqtələrinin birində

Quba Rixosa getmək üçün yolllar dağların əhatəsindən keçir. Sıx meşəliklərdən sonra dağın ən hündür zirvəsində otel görünür. 100 hektardan çox  ərazidə, sıx meşəliklərin arasında yerləşən otel 5 ulduzdur. Otelin ərazisində dağ, meşə və göl mənzərəli 212 otaq, suit və villalar var. 18 dəlikli peşəkar qolf meydançası, SPA mərkəzi, boulinq klub, kinoteatr, restoran, gecə klubu, əyləncə parkı mövcuddur. Azərbaycanda fəaliyyət göstərən otellər arasında qolf sahəsində malik olan yeganə oteldir. 

 

Hər şey dəyişib

Yəqin bilirsiniz ki, Quba Rixos 2013-cü ildən işə düşmüşdü və “Garant Holdinq”in bir parçası hesab olunurdu. Elə ilk günlərdə yəni, rəsmi açılışdan sonra bu otel buraya yatırılan sərmayə, böyük dəbdəbə və gözəlliyi ilə diqəti cəlb etmişdi. İndi otelin sahibi də, idarəetmə sismi də kadrlar da dəyişib, servis sistemi təzələnib. Burada çalışanların əksəriyyətini yerli əhali və otel biznesi onlar üçün yeni sahə olsa da, işçilər müştəriləri düzgün şəkildə qarşılamaq və onları məmnun etmək üçün səy göstərirlər.  

 

Süni göllər arasında qolf meydançaları  

Otelin ərazisində süni göllər var. Menecer Nigar Süleymanovanın sözlərinə görə,   ərazinin relyefi ümumilikdə qazılaraq yenidən döşənib. Bütün sahələr irriqasiya, drenaj sistemi ilə qurulub və onlar elektron idarə olunur. Burada olan 18 dəlikli peşəkar qolf meydançasının sahəsi 70 hektardan çoxdur. Deyilənə görə, dünyada olan ən unikal qolf meydançalarından biridir, məsələn, ingilislər bura sevə-sevə gəlirlər. Üstəlik, Türkiyənin “Bələk” bölgəsinə toplaşan avropa qolfsevərləri son hadisələrlə əlaqədar neytral və daha güvənli zona olaraq Azərbaycanı seçə bilərlər. Hər halda otel rəhbərliyi buna ümid edir. Bundan başqa, Rusiya və Ukrayna arasındakı münaqişədən sonra bu ölkələrin qolf peşəkarları artıq Krımda yox, alternativ zona kimi Qubada toplaşa bilərlər. Ümumilikdə isə son 1 ildə Azərbaycanda otel biznesi gəlirli sahəyə çevrilib. Xüsusən də ərəblərin Azərbaycana axını bütün otellərin dolmasına səbəb olub.   

 

Əyləncə axtarsanız...

"Quba Rixos"da istirahət edənlər üçün kanat, bollinq, uşaqlar və böyüklər üçün əyləncə proqramları, spa prosedurlar, hovuz, konsert zalları, kinoteatr xidmət edir. Dağın zirvəsinə doğru kanatla gəzinti isə xüsusi zövqvericidir. İyunun 17-də otel elə yay mövsümünü də gözəl bir konsert proqramı ilə açdı. Rusiyanın məşhur “Serebro” qrupunun konsertini təşkil edən Rixos Quba həmin gün dolu idi, bütün biletlər satılmışdı.

 

Quş iliyi, can dərmanı

Oteldə bir neçə restoran fəaliyyət göstərir. Yemək çeşidləri boldur: Avropa, Asiya mətbəxi, milli yeməklər və müxtəlif cür şirniyyatlar.  Xüsusən yayda təbiət qoynunda əyləşmək üçün nəzərdə tutulan restoranlar təmiz taxtadan tikilib. 

 

Qiyməti

Və ən nəhayət bütün bunları canlı-canlı görmək üçün qiymətlərə keçək. Öyrəndik ki, hazırda oteldə bir gecəlik istirahət + səhər yeməyi= 170 AZN təşkil edir. Daşıdığı brendə, xidmət çeşidinin bolluğunu görə hesab edirlər ki, qiymət elə də baha deyil. Ancaq təbii ki, korporativ və fərdi müraciətlərin tarifləri eyni deyil və xüsusən də 1-5-ci günlərdə otel ilə daha əlverişli şərtlərlə razılaşmaq olar. 

OXŞAR XƏBƏRLƏR