Damla Bayık: “Excelsior Hotel & Spa Baku”-da toy etmək gözəl zövqün göstəricisidir"

Xəbərlər 20 May 2014 00:00 1274
Damla Bayık: “Excelsior Hotel & Spa Baku”-da toy etmək gözəl zövqün göstəricisidir"

“Excelsior Hotel & Spa Baku” otelinin “Afurja” zalında və açıq havada hovuzun ətrafında toy mərasimlərinin keçirilməsi ilə bağlı 19 may 2014-cü il tarixinində otelin “Əlincə” zalında kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təqdimat mərasimi keçirilib. Seyyah.az xəbər verir ki, tədbirdə otelin Marketinq və Satış Departamentinin direktoru Damla Bayık və “AtaHolding” ASC Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova iştirak ediblər.


Tədbirdə çıxış edən “Excelsior Hotel & Spa Baku” otelinin Marketinq və Satış Departamentinin direktoru Damla Bayık qonaqlara yeniliklər haqqında və toy mərasimləri üçün otelin imkanları haqqında məlumat verdi. Ənənəyə sadiq qalaraq “Excelsior Hotel & Spa Baku” mərkəzinə müraciət etmək istəyənlər 250 nəfərlik Afurca zalında və yaxud 400-450 nəfərlik hovuz kənarında açıq havada toy mərasimlərini təşkil edə bilərlər. “Afurja” zalı Avropa standartlarına uyğun bütün lazımi şəraitlə təmin edilmişdir. Burada yüksək səviyyəli peşəkar aşpazlar xidmət göstərir. Hər iki məkanda toy keçirmək, şənliyi açıq havada hovuz kənarında davam etmək imkanı ilə otel bir çox şadlıq saraylarını geridə qoyur. Misilsiz toy mərasimi, gərçək nağıl yalnız “Excelsior Hotel & Spa Baku” otelində mümkündür.


Qonaqlar toy mərasimini proyektor vasitəsi ilə böyük ekrandan izləyə bilir. Damla xanım qeyd etdi ki, toy mərasimin təşkilini bu işlə məşğul olan şirkətlərə də həvalə etmək olar. Otelin belə şirkətlərlə xüsusi razılaşması var. Qiymətlər demək olar ki, paytaxtımızın orta səviyyədə yaşayan sakinlərin imkanlarına uyğundur. Ənənəvi milli mətbəx bir nəfərə 50, Avropa mətbəxi isə 80 manatdan başlayır. Toy menyusu sifariş edənlərə otel mərtəbəli tort hədiyyə edir. Mərasim qonaqları ödənişsiz parkinq ilə təmin edilir və uzaq yoldan gəlmiş qonaqlara qrup şəklində oteldə endirimlə gecələmək imkanı verilir. Əlavə olaraq, yeni evlilər və onların valideynləri toydan əvvəl və sonra Aura Spa mərkəzinə gələ bilər. “Aura” Sağlamlıq mərkəzində həm kişilər, həm də qadınlar müxtəlif spa prosedrularını qəbul edə, hovuzda üzərək, trenajor və skvoş zallarında məşğul olaraq səhhətlərini möhkəmləndirə bilərlər.


“Excelsior Hotel & Spa Baku” otelində toy keçirmək doğru seçim olmaqla yanaşı gözəl zövqün göstəricisidir. Bu ənənələrlə müasirliyin qovuşması, gənclərin və toy təşkilatçılarının arzularının gərçəkləşməsidir. Qonaqlar müxtəlif çeşidli milli və Avropa yeməklərindən, musiqili proqramdan həzz alacaqlar. Sözsüz ki, həyatınızın ən mühüm günü qeyri ənənəvi şəkildə keçərsə, daha da yaddaqalan olacaq. Bundan əlavə, qaranlıqda səmaya buraxılan fişənglər təntənəli mərasimə müstəsnalıq qatacaq. “Excelsior Hotel & Spa Baku” otelində keçirilən toylardan çəkilmiş fotolar və müvafiq məqalələr “Wedding” Azərbaycan jurnalında dərc olunacaq.


Ətraflı məlumat üçün “Excelsior Hotel & Spa Baku”-nun 496-80-00 telefon nömrəsi ilə əlaqə saxlamq mümkündür. Ətraflı məlumat üçün “Excelsior Hotel & Spa Baku”-nun 496-80-00 telefon nömrəsi ilə əlaqə saxlamq mümkündür. “Excelsior Hotel & Spa Baku” 2005-ci ilin avqustundan fəaliyyət göstərir. Otel 1 “İmperial “- lyuks, “Royal”- lyuks, 4 “Crown”-lyuks , 45 “Heritage” – deluks, 9 “Duke” – standard otaqlar, konfrans zalı, biznes mərkəzi, restoranlar, “Aura” sağlamlıq mərkəzi və s.-dən ibarətdir.

OXŞAR XƏBƏRLƏR