Bakıda yeni hotel işə başladı – QİYMƏTLƏR

Xəbərlər 21 Iyun 2017 00:00 930
Bakıda yeni hotel işə başladı – QİYMƏTLƏR

Bakıda fəaliyyət göstərən hotellər sırasına biri də əlavə olundu. Yeni mehmanxana Binəqədi rayonu Novxanı qəsəbəsinin ərazisində dəniz sahilində yerləşir. Yenicə istifadəyə verilən 5 uldzulu “Spring Hotel Novxanı”  aquaparkı sevənlər üçün hazırlanıb. Hotel 7 mərtəbədən 77 nömrədən ibarətdir.

Hotel nümayəndəsinin seyyah.az -a verdiyi məlumata görə,  mehmanxanada nömrələrin qiyməti mərtəbələrinə görə dəyişir. Daha dəqiq desək, qiymətlər nömrələrdən açılan mənzərəyə müvafiq olaraq təyin edilir.

Misal üçün, 1-ci mərtəbədə dənizə və bağa açılan mənzərəli standart nömrələrdə qonaqlama 129 manat olduğu halda, ikinci mərtəbədə eyni mənzərələrə eyvanı açılan nömrələrin qiyməti 149 manatdır. Buna səbəb isə ikinci-üçüncü mərtəbələrdən  bağı və dənizi daha rahat seyr etmək olur. Dənizə görüntüsü olan junior suit nömrələrdə qonaqlama isə 189 manatdır.

Qeyd edək ki, yuxarı mərtəbələrdə dənizə eyvanı açılan nömrələr bağa mənzərəsi açılan nömrələrdən 20 manat bahadır.

Mehmanxanada həmçinin VİP müştərilər üçün də otaqlar təqdim edilir. Ən bahalı nömrə prezident otaqlarıdır. Belə nömrədə qonaqlamaq 1 999 manatdır. Həmçinin, iki ədəd Royal suit nömrələr də var. Bu nömrələrdə qonaqlamaq isə 999 manatdır.

Sadalanan qiymətlərə səhər yeməyi, spa xidmətlər, aquaprk, trenajor zalından istifadə daxildir.

Hotelin aquaparkından mehmanxanada qonaqlamayanlar da istifadə edə bilər. Bu zaman həftə içi 20 manat, həftəsonları üçün isə 30 manat ödəmək lazım olacaq. Qeyd edək ki, aquaparkdan istifadə axşam 8-dək mümkündür. Həmçinin masaj xidmətlərindən də istifadə etmək olar. Belə ki, yağla masajın 30 dəqiqəsi üçün 30 manat, bir saatı üçün isə 50 manat ödəmək lazımdır. Balla masaja gəlincə, 30 dəqiqə belə masaja görə 40 manat, bir saat belə masaj üçün isə 60 manat ödəmək lazımdır. 

OXŞAR XƏBƏRLƏR