ABŞ vizası almaq və təhsil üçün müraciət - QAYDALARI

ABŞ vizası almaq və təhsil üçün müraciət - QAYDALARI
Xəbərlər 21 Iyun 2017 00:00 1668
ABŞ vizası almaq və təhsil üçün müraciət - QAYDALARI

Artıq yaz fəslinin başa çatdığı və yay mövsümünə qədəm qoyduğumuz bir vaxtda son bir neçə həftə ABŞ Səfirliyi və Konsulluq Şöbəsi üçün gərgin keçib. Bu yaxınlarda biz Azərbaycan və Birləşmiş Ştatlar arasında mövcud olan diplomatik əlaqələrin 25-ci ildönümünü qeyd etdik və bu münasibətlə keçirilən əlamətdar tədbirdə ABŞ-ın və Azərbaycanın istedadlı musiqiçiləri bir araya gəldilər. Muğam Mərkəzində baş tutan tədbirdə mən, cəmiyyətin müxtəlif təbəqələrindən olan bir çox azərbaycanlılarla tanış olmaq fürsəti qazandım.

Tədbirdə “Summer Work and Travel” və Beynəlxalq Liderlik kimi mədəniyyət sahəsində həyata keçirilən proqramların məzunları iştirak edirdilər, onlar Birləşmiş Ştatlarda ingilis dilinin öyrənilməsinə sərf etdikləri vaxtı və ya universitetdə təhsil aldıqları dövrü böyük məmnunluq hissi ilə xatırlayırdılar. Eyni zamanda Birləşmiş Ştatlarda biznes təcrübəsini araşdırmış və bu bacarıqlardan istifadə edərək Azərbaycanda uğurla biznes müəssisələri açmış sahibkarların fikirlərini də eşitmək çox xoş idi. Siz, Azərbaycan vətəndaşları daha güclü və iqtisadi cəhətdən şaxələnmiş formada inkişaf edən bir ölkənin qurulması üçün heyrətamiz işlər görürsünüz. Bu yaxınlarda mənim Azərbaycanda keçirilən toy mərasimində iştirak etmək imkanım oldu və burada yeni və qədim adət-ənənələrin vəhdətinin şahidi oldum. Diplomatik əlaqələrimizin ildönümünə həsr olunmuş tədbirdə azərbaycanlılar və amerikalılar arasındakı əlaqələri qeyd etdiyimiz kimi bu toy mərasimində də mən, bünövrəsi yenicə qoyulan bir əlaqənin qeyd olunması üçün gənc və yaşlı nəslin necə bir araya gəldiyini gördüm. Bu mənə bir daha onu xatırlatdı ki, yaşadığımız hər bir gün və hər bir hadisə bizə yeni şeylər öyrənmək, yeni bacarıqlar əldə etmək və gələcək nəsillər üçün daha firavan gələcək qura bilmək üçün imkanlar yaradır.

Soruşa bilərsiniz ki, bəs bu tədbirlərin “Konsuldan Soruşun” bölməsi ilə nə əlaqəsi var? Səfərlər etməklə biz getdiyimiz yerlərdə insanlarla olan təmaslarımızdan yeni maraqlı şeylər öyrənirik və qazandığımız təcrübəni özümüzlə geri gətiririk. Birləşmiş Ştatlara səfər edən və yaxud mədəniyyət və təhsil sahəsindəki mübadilə proqramlarında iştirak edən azərbaycanlılar demək olar ki, öz ölkələrinin qeyri-rəsmi diplomatları rolunu yerinə yetirilər. Onların Amerikada olduqları müddətdə yerli insanlarla olan təmasları Azərbaycanın zəngin mədəniyyəti və adət-ənənələrini amerikalılarla paylaşmaq imkanı yaradır. Bu, Azərbaycanın şərq və qərbin kəsişməsində, Qafqaz dağlarının əhatəsində və füsunkar Xəzər dənizinin sahilində yerləşdiyini vurğulamaq üçün bir imkandır. İş adamları səfərdə olarkən isə bu, Azərbaycana investisiya yatırmağa təşviq etmək və fəaliyyət göstərdikləri sahələrə qabaqcıl təcrübəni gətirmək üçün bir fürsətdir.

Biz, azərbaycanlılara Hollivuddan Nyu-Yorka, Neşvildən Nyu-Yorka qədər Birləşmiş Ştatların fərqli təbiəti ilə yaxından tanış olmağı və Birləşmiş Ştatların görməli və gəzməli yerlərinə səfərlər etməyi tövsiyə edirik. Konsulluq Şöbəsində çalışan hər bir əməkdaşın vəzifəsi ABŞ-ın sərhədlərini mühafizə etməklə bərabər, Birləşmiş Ştatlara qanuni səfərlərin baş tutmasını təmin etməkdir. Ümid edirəm ki, aşağıda verilən informasiya və ümumi sualların cavabları Birləşmiş Ştatlara indi səfər etməyin sizin üçün münasib olduğunu və yaxud təhsil və mədəniyyət sahəsindəki mübadilə proqramlarında iştirak etməyin daha uyğun olduğunu müəyyən etməyə kömək edəcək. Həmişə olduğu kimi sizinlə əlaqə qurmaq üçün mənə imkan yaratdığınıza görə təşəkkür edirəm. Zəhmət olmasa gələcək bölmələrin mövzuları ilə bağlı təkliflərinizi AsktheUSConsulBaku@state.gov ünvanına göndərməyə davam edin.

– Mən “Summer Work and Travel” proqramı ilə maraqlanıram, bunun üçün nədən başlamalıyam?

– “Summer Work and Travel” proqramının sizə uyğun olub-olmadığını müəyyən etmək üçün ilk növbədə əvvəlki iştirakçıların təcrübəsini araşdırmaqla başlaya bilərsiniz. Bunun üçün aşağıdakı internet səhifəsi özündə maraqlı məlumatları əks etdirir: http://j1visa.state.gov/participants/videos/.

– “Summer Work and Travel” proqramında kim iştirak edə bilər?

– Əgər siz ərizə ilə müraciət etdiyiniz vaxt orta təhsil pilləsindən sonra akkreditasiyadan keçmiş ali təhsil müəssisəsinə qəbul olunmuşsunuzsa və əyani təhsil alırsınızsa bu halda iştirak edə bilərsiniz. Əyani təhsil alan və məzun olduqdan sonra dərəcə alacağına baxmayaraq distant təhsil alan hər hansı bir tələbə “Summer Work and Travel” proqramında iştirak edə bilməz. Sonuncu sinif şagirdləri məzun olduqdan dərhal sonra əsas tətil dövründə bu proqramda iştirak edə bilərlər, bir şərtlə ki, onlar bu proqramda iştirak etmək üçün məzun olmazdan öncə müraciət etmiş olsunlar.

– Turizm agentliyi və bir ingilis dili kursu “Summer Work and Travel” proqramında iştirak etmək üçün mənə kömək edə biləcəklərini bildirirlər. Onlar rəsmi nümayəndədirlərmi?

– Hər hansı bir agentliyin və yaxud məktəbin Dövlət Departamenti tərəfindən təşkilatçı kimi müəyyən olunmuş səlahiyyətli nümayəndə olub-olmadığını ABŞ Səfirliyinin aşağıdakı internet səhifəsi vasitəsilə müəyyən edə bilərsiniz: (https://azerbaijan.usembassy.gov/visas/summer-work-and-travel-program-swt.html.) Əgər sizin qeyd etdiyiniz məktəb və yaxud turizm agentliyi internet səhifəsindəki siyahıda yoxdursa, deməli onlar “Summer Work and Travel” proqramını koordinasiya etmək səlahiyyətinə malik deyillər. Əgər siz siyahıda olmayan hər hansı bir agentliyin xidmətindən istifadə etsəniz, bu zaman fırıldaqçıların qurbanına çevrilə və yaxud viza rejiminin tələblərini poza bilərsiniz ki, bu da sizin gələcəkdə viza müraciətlərinizin rədd olunmasına səbəb ola bilər.

– Mən B1/B2 turist vizası ilə ABŞ-da təhsil ala bilərəm?

– XEYR! Qısa müddətli və yaxud qeyri-dərəcə təhsili istisna olmaqla, siz turist vizası ilə Birləşmiş Ştatlarda təhsil ala bilməzsiniz. Əgər siz Birləşmiş Ştatlarda təhsil almağı planlaşdırırsınızsa bu zaman www.usvisa-info.com internet səhifəsi vasitəsilə tələbə vizası üçün müraciət etməlisiniz. Səfər tarixindən kifayət qədər öncə müraciət etmək lazımdır.

– Mən bu yay Birləşmiş Ştatlara səfər etmək istəyirəm. Mən nə qədər öncədən müraciət etməliyəm?

– Biz, ən azı bir ay öncədən müraciət etməyinizi tövsiyə edirik. Yay fəsli və yeni il tətili kimi məşğul olan mövsümlərdə görüş tarixini səfərdən ən azı 45 gün əvvəl təyin etməlisiniz.

– Mən əvvəlcə təyyarə bileti almalıyammı?

– XEYR! Ola bilər ki, siz görüş tarixini təyin edə bilməzsiniz və yaxud sizin müraciətinizin araşdırılması üçün əlavə vaxt tələb olunar, ona görə də təyyarə biletini vizanı aldıqdan sonra almağınızı tövsiyə edirik. Biletin vaxtının dəyişdirilməsinə görə iri məbləğdə cərimələr tətbiq olunur!

– Onlayn ərizə formasını doldurduqdan sonra Səfirlik tərəfindən mənə görüş vaxtı təyin olunacaqdır, düzdür?

– Düz deyil! Müsahibə üçün görüş vaxtını təyin etmək məqsədilə ərizəçilər www.usvisa-info.com internet səhifəsinə daxil olaraq ödəniş etməli və görüş vaxtını özləri təyin etməlidirlər.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin Konsulluq şöbəsinin rəhbəri Kim Morales

Milli.az

OXŞAR XƏBƏRLƏR