“Formula-1” Bakı Qran-prisi başlayır

Xəbərlər 23 Iyun 2017 00:00 564
“Formula-1” Bakı Qran-prisi başlayır

Bu gün Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisinə start götürəcək. “Qafqazinfo” xəbər verir ki, ölkəmizdə ardıcıl ikinci dəfə keçiriləcək yarışın ilk günündə birinci sərbəst yürüşlər və bolidlərin trek sınağı planlaşdırılıb. 


İkinci mərhələsi isə  “Formula-2” iştirakçılarının birinci sərbəst yürüşü ilə başlayacaq. Mövsümün 8-ci yürüşündə saat 13:00-da “Formula-1” pilotları start xəttinə çıxacaqlar.

Bundan sonra yenidən “Formula-2” iştirakçıları mübarizəyə başlayacaq. 
 
İlk mərhələnin son yarışında “Formula-1” iştirakçıları ikinci sərbəst yürüşlərini keçirəcəklər. Günə Tarkanın konserti ilə yekun vurulacaq.
 
Bakı Şəhər Halqası
Döngə sayı – 20
Dövrə - 51
Əsas yarış günü – 25 iyun
Halqanın uzunluğu – 6,003 km
Ümumi məsafə - 306,049 km
Rekord – Niko Rosberq 1:46.485 (2016)

OXŞAR XƏBƏRLƏR