Hoteldən qeyri-adi yenilik

Xəbərlər 23 Iyun 2017 00:00 883
Hoteldən qeyri-adi yenilik

İtaliyanın Milan şəhərində yerləşən Town House Galleria müştərilərinə xüsusi təklif edib. Belə ki, qonaqlara prezident nömrəsi olan Seven Stars Ottagono-da qızıl və ipəkdən hazırlanmış yataq dəsti təklif olunur.

Seyyah.az Daily Mail-ə istinadən xəbər verir ki, nömrənin qiyməti 200 min avro təşkil edir. Mehmanxana rəsmisinin sözlərinə görə, qızıldan hazırlanmış yataq dəsti insanlarda müsbət əhval ruhiyyə, özünə inam və digər müsbət xüsusiyyətlər yaradır.

Qeyd edək ki, hotelin sifarişi əsasında 100 ədəd belə yataq dəsti hazırlanıb.  

OXŞAR XƏBƏRLƏR