Turistlər üçün ən ucuz şəhərlər – SİYAHI

Xəbərlər 24 Iyun 2017 00:00 1557
Turistlər üçün ən ucuz şəhərlər – SİYAHI

Məşhur Mercer Human Resource şirkəti dünyanın ən bahalı şəhərlərinin adlarını açıqlayıb. Seyyah.az xəbər verir ki, şirkət  əcnəbilərin yaşaması üçün ən bahalı və daha çox xərc tələb edən şəhərləri müəyyənləşdirib.

Siyahının ilk pilləsində Anqolanın paytaxtı Luanda yer alıb. Bu şəhərdə nəinki ərzaqların, həmçinin xidmət sektorunda da qiymətlərin baha olduğu  bildirilir.

Siyahının ikinci pilləsində isə ötən ilin ilk yerinin sahibi Honkonq qərarlaşıb. Üçlüyü isə Tokiyo tamamlayır. Həmçinin bahalı şəhərlər arasında Sürix və Sinqapur şəhərləri də yer alıb.

TOP-10-ən bahalı şəhərlər arasında Seul, Cenevrə, Şanxay, Nyu-York və Bern şəhərlərinin adları da  yer alıb. Ən ucuz şəhərlər arasında isə Tunis, Bişkek, Skopye, Vindxuk, Tiflis, Monterrey, Saraevo, Karaçi və Minsk şəhərləri yer alıb.  

OXŞAR XƏBƏRLƏR