Bakı-Minsk-Bakı maşrutu üzrə aviareyslər bərpa edilib

AZAL-a məxsus "Airbus-319" təyyarəsi Minskə çərşənbə axşamı və bazar günləri müntəzəm reyslər həyata keçirəcək
Xəbərlər 20 May 2014 00:00 799
Bakı-Minsk-Bakı maşrutu üzrə aviareyslər bərpa edilib

Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təyyarələri mayın 20-dən Belarusun paytaxtı Minsk şəhərinə uçuşları bərpa ediblər. Seyyah.az -ın BELTA-ya istinadən verdiyi xəbərə görə, mayın 20-dən AZAL-a məxsus "Airbus-319" təyyarəsi Minskə həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri müntəzəm reyslər həyata keçirəcək.

Qeyd edək ki, Bakı-Minsk-Bakı aviareysləri aviaşirkət tərəfindən 2007-2011-ci illərdə yerinə yetirilmiş, bundan sonra isə reyslərin icrası dayandırılmışdı.

 

OXŞAR XƏBƏRLƏR