Pulqabını itirən turist polisə üz tutdu

Xəbərlər 25 Iyun 2017 00:00 534
Pulqabını itirən turist polisə üz tutdu

İyunun 22-də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edən ölkəmizə turist kimi səfərə gəlmiş Niderland vətəndaşı Vilhelm Yakobs Bakı Metropolitenində olduğu müddətdə pulqabını itirməsi barədə məlumat verib.

Seyyah.az-ın  DİN-ə istinadən məlumatına görə, o, heç kimi tanımadığı ölkədə bütün sənədlərini itirdiyindən köməksiz vəziyyətə düşdüyü bildirib.

Onun içərisində pulu, bir neçə xarici bank kartları, sənədləri və özünə məxsus digər əşyaları olan pulqabısını metronun “28 May” stansiyasından çıxarkən üzərində aşkar etməməsi müəyyən edilib.

Əcnəbi turistin pulqabı tapılaraq belə ona təhvil verilib. 

OXŞAR XƏBƏRLƏR