Azərbaycanın bu rayonuna - TURİSTLƏR AXIŞIR

Xəbərlər 25 Iyun 2017 00:00 1185
Azərbaycanın bu rayonuna - TURİSTLƏR AXIŞIR

Cari ilin beş ayında Naftalan şəhərinin kurort-sanatoriya və istirahət mərkəzləri 8 min turist qəbul edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 1808 nəfər çoxdur.

 

Naftalan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, xarici turistlərin sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq 3 min 600 nəfər təşkil edib.

 

Xarici turistlər içərisində Rusiya, Qazaxıstan və digər MDB ölkələrindən gələn qonaqlar üstünlük təşkil edib.

 

Naftalan Şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ülfət Əliyev deyib ki, həm balneoloji neft vannaları əsasında xəstələrin müalicəsində əldə olunan təsirli nəticələr, həm də istirahət üçün şəhərdə yaradılan müasir turizm infrastrukturu Naftalanı turistlər üçün daha cəlbedici kurort mərkəzinə çevirib.

 

Həmçinin son illərdə bir neçə xarici dövlətdə bu şəhərin turizm imkanlarının təbliği istiqamətində sərgilər təşkil edilib, xarici informasiya agentliklərində videosüjetlər, reportajlar hazırlanıb.

 

Qəhvəyi çeşmədən hazırlanan yağlar, tibbi məlhəmlər və bir çox kosmetik vasitələr Naftalanın şöhrətinin artmasına səbəb olub. Ona görə də qarşıdan gələn bayram günlərində çox sayda turistin gələcəyi gözlənilir. Artıq bir neçə oteldə turistlər nömrələrini əvvəlcədən sifariş veriblər.

OXŞAR XƏBƏRLƏR