Bayram turları – İSTİQAMƏTLƏR - QİYMƏTLƏR

Xəbərlər 25 Iyun 2017 00:00 1749
Bayram turları – İSTİQAMƏTLƏR - QİYMƏTLƏR

Qarşıdan həm həftəsonu, həm də 3 günlük bayram günləri gəlir. Ən azından 4-5 gün şəhərin  səs-küyündən uzaqlaşıb yaxşıca istirahət etmək olar. Seyyah.az həftəsonu və bayram günlərində səfər edə biləcəyiniz istiqamətlər haqqında məlumat verir.

 

İstiqamətlər

Vector Travel -Turizm  bu həftəsonu və bayram günlərində bölgələrə turlar təşkil edir. Turların siyahısı isə belədir:

26 iyun - İsmayıllı - Lahıc turu - 22 manat

26 iyun - Şəki - Qəbələ turu - 25 manat

27 iyun - İsmayıllı - Lahıc turu - 22 manat

27 iyun - Quba turu - 20 manat

 

Yerli turizm şirkətlərindən biri olan Turda.Az turizm şirkəti 26-27 iyun tarixlərində bölgələrə bir günlük turlar təşkil edir. Turların istiqamərləri və qiymətləri aşağıdakı kimidir:

26 iyun - İsmayıllı - Lahıc turu - 22 manat

26 iyun - Şəki - Qəbələ turu - 23 manat

27 iyun - İsmayıllı - Lahıc turu - 22 manat

27 iyun - Quba turu - 20 manat

Tura nəqliyyat, restoranda səhər yeməyi, fotosessya, çay süfrəsi, ekskursiya və bələdçi daxildir. Ekskursiyalar zamanı aşağıdakı məkanlara baş çəkiləcək.

Şəki - Qəbələ turu : Şəki Xan Sarayı, Karvansaray, Qəbələdə Nohurgöl.

Oğuz Qəbələ turu : Öğuz Xalxal Şəlaləsi, Nohurgöl.

İsmayıllı-Lahic turu : Asma Körpü, Lahıc, Şəlalə

Masallı -Yardımlı turu : Masallı –İstisu, Yardımlı -Təkdam şəlaləsi

 

3 rayon 3 şəlalə turu : Qəbələ 7 gözəl şəlaləsi, İsmayıllı şəlaləsi, Oğuz Xalxal şəlaləsi

Quba - Qusar - Ləzə turu : Qəçrəş, Çənlibel gölü, Ləzə şəlaləsi

10 nəfərdən artıq qruplarda 1 nəfər turda pulsuz iştirak edəcək. Bundan başqa 5 yaşa qədər uşaqlar üçün yer tutmamaq şərti ilə ödəniş tələb olunmur.

 

Nahar üçün əlavə pul ödəməli olacaqsız

Digər bir turizm şirkəti Waytravel-da  ölkədaxili turlar təşkil edir. Turların istiqaməti və qiymətləri belədir:

Quba turu - 20  / 30 manat

Qəbələ Turu - 23  / 33 manat

İsmayıllı - Lahıc turu - 23  / 33 manat

Quba - Qusar Laza turu - 25 / 35 manat

 Şəki - Qəbələ turu - 25 / 35 manat

Masalli -Yardimli turu - 25 / 35 manat

Məlumat üçün bildirək ki, turlar iki qiymətə təşkil edilir. Birincidən 10 manat baha olan həmin turun ikinci variantında əlavə olaraq nahar da verilir. Bundan başqa qiymətə nəqliyyat, səhər yeməyi və nahar yeməyi, çay süfrəsi, ekskursiyalar, bələdçi xidməti  daxildir. Tur zamanı isə aşağıda adları sadalanan istiqamətlərə səfərlər olacaq.

Şəki-Qəbələ turu: Nohurgöl, Şəki Xan sarayı, Karvansaray, Sənətkar emalatxanaları, Halvaçı dükanı

Lahıc turu : Asma körpü, Şəlalə, Hacı Paşa evi, Lahıc qəsəbəsi

Masallı-Yardımlı turu : Təkdam şəlaləsi, İstisu

Qəbələ turu: Nohurgöl, Tufandağ, Qəbələnd

Quba turu: Qəçrəş meşəsi, Qırmızı qəsəbə, Çənlibel gölü

Məlumat üçün bildirək ki, muzeylərə giriş biletləri yuxarıda sadalanan qiymətlərə daxil deyil. Tur zamanı 5 yaşa qədər 1 uşaq turda pulsuz iştirak edə bilər. Həmçinin 10+1 kampaniyası da var. Belə ki, qrup halında iştirak edənlərdən 11-cı nəfərdən ödəniş tələb edilmir.

 

Gecələmək də olar

Bir günlük turlarla kifayətlənməyənlər və yol yorucudu uzundu deyənlər üçün isə gecələməklə  turlardan yararlana bilərlər. Belə ki, Turda.Az şirkəti istirahətini Göy göl Milli Parkında keçirmək istəyənlər üçün Göy göldə istirahət təqdim edir.

Koteclərdə 1 gün gecələmək  2 nəfər üçün  60 manata başa gəlir. Şirkətin əməkdaşlıq etdiyi hotellərdə  isə qiymətlər fərqlidir.

Murovdag Hotel by Goygol Lake

Standart 2 nəfərlik otaq – 90 manat 

Superior 2 nəfərlik otaq – 110 manat

Kapaz Inn & Suites by Goygol Lake

Superior 2nəfərlik otaq – 110 manat 

Deluxe 2 nəfərlik otaq – 165 manat  

Junior suit 2 nəfərlik – 220 manat  (göl mənzərə, eyvanlı)

Family suit 4 nəfərlik – 440 manat  (göl mənzərə, eyvanlı)

Goygol Lakeside Villas

Superior 2nəfərlik otaq – 110manat 

Deluxe 2 nəfərlik otaq – 165 manat

Əlavə yataq üçün qiymətin üzərinə 20 manat  da əlavə olunacaq. Sadalanan qiymətlərə  səhər yeməyi daxildir

Həmçinin bir neçə günlük istirahəti seçənlər üçün də tur təşkil olunur. Belə ki, NAS Tour travel şirkəti səyahət sevərlərə “Quba Rixos hotel”də  istirahət paketi təklif edir. Tur 24-28 iyunda baş tutacaq. Turun qiyməti 220 manatdan başlayır. Belə ki, dağ mənzərəli de luxe room-da qonaqlmağı seçənlər 220 manat. Göl mənzərəli de luxe room nömrələri seçənlər isə 250 manat ödəməli olacaqlar. Göstərilən qiymətlərə 1 gecə 2 gün mehmanxanada qonaqlama, səhər yeməyi, spa və fitnes, həmçinin kanat yolu daxildir. Məlumat üçün bildirək ki, qiymətlər iki nəfər üçün nəzərdə tutulub. 

Mənbə: fins.az

OXŞAR XƏBƏRLƏR